Ucnoqta.az
www.ucnoqta.az

Putin İran prezidenti Rəisi ilə telefonla danışıb

15:24 - 6 Mart 2023 tarixində dərc olunub.

Rusiya prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisi ilə telefonla danışıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Kremlin saytında məlumat verilib.

Məlumata görə, hər iki tərəf Rusiya-İran münasibətlərinin inkişaf səviyyəsini və dinamikasını müsbət qiymətləndirib. Bundan əlavə, Putin və Raisi müxtəlif sahələrdə, o cümlədən birgə infrastruktur layihələrinin həyata keçirilməsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib, həmçinin gələcək əlaqələri davam etdirmək barədə razılığa gəliblər.

Müəllif: Ucnoqta.az redaksiyası