Füzulidə yanğın olub

15:20 - 6 Mart 2023 - HADİSƏ

Füzuli rayonunun Şükürbəyli kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli tikilinin (qonaq evi kimi fəaliyyət göstərir) mətbəxinin yanar konstruksiyaları 6 m² sahədə, tavanı 7 m² sahədə və dam örtüyü 15 m² sahədə yanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumata görə, Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti