Floridaya uçan təyyarədə gərgin anlar - Quş sürüsü ilə toqquşdu - VİDEO

13:47 - 6 Mart 2023 - HADİSƏ

Havanadan Floridaya uçan göyərtəsində 153 sərnişin olan təyyarə quş sürüsü ilə toqquşub

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki,  quş sürüsü havaya qalxdıqdan sonra təyyarənin burnuna və mühərriklərinə çırpılıb. Nəticədə salonu tüstü bürüyüb. Çaxnaşma içində olan sərnişinlər özlərinə və uşaqların üzərinə oksigen maskası taxmağa başlayıblar.

Problemlərə və panikaya baxmayaraq, pilotlar layneri endirə biliblər. Sərnişinlərdən xəsarət alan olmayıb.

Xəbər xətti