Ələt-Astara avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib, ölən var.
Ucnoqta.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Ələt-Astara magistralının 101-ci km-də qeydə alınıb.
Hərəkətdə olan nəqliyyat vasitəsi idarəetməni itirib və maşın aşıb.
Qəza nəticəsində, Füzuli rayon sakini, 2001-ci il təvəllüdlü Kənan Elşad oğlu Əliyev ölüb.
Faktla bağlı araşdırma aparılır.