ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Azərbaycana gəlir

10:32 - 6 Mart 2023 - Xəbər

ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Luis Bono bu gün Azərbaycana səfərə gəlir.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyindən bildirilib.

Onun səfər çərçivəsində bir sıra rəsmi şəxslərlə görüş keçirəcəyi və Ermənistanla Azərbaycan arasında sülh prosesinin müzakirə olunacağı gözlənilir.

L.Bono həmçinin səfər çərçivəsində Ermənistan və Gürcüstana da səfər edəcək.

Xəbər xətti