"Mançester Yunayted"in tarixinin ən böyük hesablı məğlubiyyəti

22:20 - 5 Mart 2023 - İDMAN

İngiltərə Premyer Liqasının 26-cı turu çərçivəsində evdə "Mançester Yunayted"i qəbul edən "Liverpul" 7:0 hesabı ilə qalib gəlib.

Ucnoqta.az xəbər veri ki,  "Liverpul" "Mançester Yunayted"i 7:0 hesabı ilə məğlub edərək tarixin ən böyük hesablı məğlubiyyətini yaşayıb. Qolları Kodi Qakpo (43-cü və 50-ci dəqiqə), Darvin Nunes (47, 75), Məhəmməd Salah (66, 83) və Roberto Firmino (88) vurub.

Bu, “Mançester Yunayted” tarixində ən pis məğlubiyyətin təkrarıdır. Komanda sonuncu dəfə 1931-ci ildə belə hesabla məğlub olmuşdu.

 Eyni hesabla komanda daha üç dəfə uduzub: “Blekbern”dən (1926), “Aston Villa”dan (1930) və “Vulferempton”dan (1931).

Xəbər xətti