Şəmkirdə "Mercedes" aşıb, xəsarət alanlar var 

20:20 - 5 Mart 2023 - HADİSƏ

Şəmkir rayon Çinarlı qəsəbəsində "Mercedes" markalı avtomobil aşıb, xəsarət alanlar var.

"Report"un məlumatına görə, yol-nəqliyyat hadisəsi zamanı, 1976-cı il təvəllüdlü Ayaz Orucov, 1983-cü il təvəllüdlü Dünyaxanım Orucova və Gültəkin adında gənc qız müxtəlif bədən xəsarətləri alıb.

Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti