Türkiyədə yeddi mərtəbəli bina çökdü - VİDEO

19:22 - 5 Mart 2023 - HADİSƏ

Türkiyənin cənub-şərqində yerləşən Şanlıurfa şəhərində martın 5-də yeddi mərtəbəli bina uçub.

Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə saat 15:40 radələrində baş verib. Məlumata görə, binaya fevral zəlzələlərindən sonra ciddi ziyan dəyibmiş.

Vilayətin qubernatoru Salih Ayxan bildirib ki, mütəxəssislər yerində işləyir və dağıntılar altında insanların olub-olmadığını müəyyən etmək üçün texnikadan istifadə edirlər. Bildirilir ki, dağıntılar altından səslər eşidilib.

Şanlıurfa Bələdiyyə Başçısı Zeynel Abidin Beyazgül dağıntılar altında kimsənin olub-olmamasının dəqiq olmadığını, lakin yaxınlıqdakı mağaza sahiblərinin bir nəfərin dağıntılar altında qaldığını bildirdiyini, digər yerli sakin isə qəza nəticəsində ayağından yaralandığını açıqlayıb.

Xəbər xətti