Martın 5-də Türkiyənin İstanbulun şərqində TEM şosesində 11 nəfərin yaralandığı zəncirvari avtomobil qəzası baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Milliyet” qəzeti məlumat yayıb.
Qeyd olunur ki, qəza 700 m-lik hissədə baş verib. Əvvəlcə avtobus və minik avtomobili toqquşub. Ardınca daha səkkiz qəza baş verdi. Ümumilikdə, eyni vaxtda 13 minik avtomobili, üç avtobus və yeddi müxtəlif ölçülü xidməti avtomobil qəzaya uğrayıb.
Qəza nəticəsində 23 avtomobilə ziyan dəyib. 11 nəfər yaralanıb və ən yaxın xəstəxanaya aparılıb. Şosse iki saat bağlı qalıb.