Azərbaycanda 11-ci sinif şagirdi bıçaqlandı

09:28 - 5 Mart 2023 - HADİSƏ

Şirvanda 11-ci sinif şagirdi bıçaqlanıb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, Şirvan şəhəri Yeni qəsəbədə məskunlaşan Zəngilan sakini, 2006-cı il təvəllüdlü Mahmudzadə Ülvü Azər oğlu həmyaşıdı tərəfindən bıçaqlanıb.

Şirvan Şəhər Xəstəxanasına yerləşdirilən yeniyetmə əməliyyat olunub və reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti