"Bakıdan Qəbələyə maşınla 2 saat 30 dəqiqəyə, sürət qatarı ilə 3 saat 40 dəqiqəyə"

22:14 - 4 Mart 2023 - Cəmiyyət

"Bakı-Qəbələ-Bakı qatarı işə düşür, 3 saat 40 dəqiqəyə Bakıdan Qəbələ çatacaq, bir istiqamətə gediş haqqı standart sinif üçün 14 AZN, biznes sinfi üçün 31 AZN, birinci sinif üçün isə 93 AZN olacaq."

Ucnoqta.az xəbər veruir ki, bunu REAL partiyasının icraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərli deyib. Natiq Cəfərli bildirir ki, deməli gediş-dönüş üçün ən ucuz bilet 28 manat, ən baha bilet isə 186 manat olacaq:

"Bakıdan Qəbələyə maşınla, maksimum, 2 saat 30 dəqiqəyə çatmaq olar.

Tutalım, 4 nəfərlik ailə Qəbələyə gedib-dönmək istəyir, bunun üçün ən ucuz bilet alsalar 112 manat ödəməli olacaqlar. Əgər maşınla gedib-dönsələr, təqribən 50 manat benzinə pul, yola isə bir tərəfə 2,5 saat sərf edəcəklər - yəni, həm ucuz, həm də tez gedib-gələ bilərlər.

Yaxşı, belə rentabelsiz marşrutlar üzrə (ölkədə rentabelli marşrutlar yaratmaq olar və lazımdı) qatar sevdasını nədən yaranır, deyim də: Bizim qalstuklu müəllimlər belə lahiyənin özündən qazanırlar, işləməsindən yox, yəni, o yolu çəkəndə, vaqon, qatar alanda, yolu təmir edəndə qazanc olur, yol işləyəndən sonra büdcədən hələ dotasiya da almaq olur - bax belə "biznes modellə" idarə olunan sistemimiz var..."

Xəbər xətti