Hacıqabulda zəlzələ olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Məlumata görə, saat 20:12-də Şirvan stansiyasından 30 km şimal-qərbdə Hacıqabul rayonunda 3,1 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələ ocağı yerin 2 kilometr dərinliyində baş verib.
Yeraltı təkanlar hiss olunmayıb.