Qubada silah-sursat aşkarlanıb - Foto

18:27 - 4 Mart 2023 - HADİSƏ

Quba Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin əməkdaşları tərəfindən rayonun Dəvədabanı yaşayış massivində yol kənarında 4 ədəd ov tüfəngi və 84 ədəd müxtəlif çaplı güllələr aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunda bildirilib ki, faktla bağlı RPŞ-də araşdırma aparılır.


Xəbər xətti