Bakıda supermarketdə atışma - Ölən və yaralanan var

12:49 - 4 Mart 2023 - HADİSƏ

Bu gün Bakı şəhər Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən "Bravo" supermarketdə silahlı insident baş verib.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə zamanı iki nəfər güllələnib. Onlardan biri hadisə yerində vəfat edib. Digər şəxs isə yaralı halda xəstəxanaya aparılıb.

Ölən şəxsin banklardan birinin inkassatoru olduğu bildirilir.

DİN-in mətbuat xidmətindən bildirilib ki, paytaxtın Xətai rayonunda baş verən hadisə ilə bağlı əməliyyat qrupu hadisə yerinə cəlb edilib. Araşdırma aparılır. Əməli törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcəkdir.

Xəbər xətti