Ötən gün yol qəzalarında 4 nəfər ölüb

10:19 - 4 Mart 2023 - HADİSƏ

Ötən gün baş verən yol qəzaları ilə bağlı statistik məlumat açıqlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə 4 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.

Xəbər xətti