Vilayət Eyvazov polis mayorunu yüksək vəzifəyə təyin edib

10:08 - 4 Mart 2023 - Xəbər

Qobustan Rayon Polis Şöbəsinin (RPŞ) rəisinə yeni müavin təyin edilib.

Ucnoqta.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Quba RPŞ-nin İstintaq rəisi polis mayoru Vasif Zeynallı Qobustan RPŞ-nin rəisinin birinci müavini (əməliyyat işləri üzrə rəis müavini) təyin edilib.

Xəbər xətti