Gəncədə Vətən Müharibəsi iştirakçısını avtomobil vuraraq öldürdü

09:46 - 4 Mart 2023 - HADİSƏ

 

Gəncədə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun verdiyi məlumata görə, Samux rayon sakini Xəyal Yolçuyev idarə etdiyi VAZ 2107 markalı avtomobil ilə yolu keçmək istəyən piyada, 2002-ci il təvəllüdlü, Vətən Müharibəsi iştirakçısı, Şəhriyar Məmmədovu vurmuş və nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir

Xəbər xətti