Psixoloq Emma Kenni xarakter və ev ayaqqabıları arasındakı əlaqəni açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.
Ekspert ev ayaqqabısı seçimi ilə insanların təbiəti arasında paralellər aparıb. O, bildirib ki, mütəşəkkil insanlar açıq daban və qapalı burunlu başmaq geyinməyə, süründürməçilərə isə ugg çəkmələri geyinməyə üstünlük verirlər.
Uzun corabları ən çox ailə kişiləri geyinirlər.
Mükəmməllik tərəfdarları pomponlu alçaqdaban ayaqqabılara, eləcə də heyvan təsviri olan başmaqlara üstünlük verirlər.
“Evə gələndə özünüzü tamamilə ev həyatına həsr edirsiniz və özünüzü mümkün qədər rahat hiss edirsiniz. Stil yüksək səviyyəli özünə inam nümayiş etdirir və stresli anlarda rahatlığınızı əks etdirir”, - ekspert deyir.