Göyçayda yaşayış evi yanıb

19:45 - 3 Mart 2023 - HADİSƏ

Göyçayda yanğın olub.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qarabaqqal kəndində qeydə alınıb.

Kənd sakini Yəhyayev Həsən Fəxrəddin oğluna məxsus yaşayış evinin 85 kvadratmetr hissəsi yanıb. Göyçay yanğından mühafizə hissəsinin əməkdaşları tərəfindən yanğın söndürülüb.

Xəbər xətti