Daha 9 erməni xəstə Xankəndidən Ermənistana aparılıb
Ucnoqta.az xəbər verir ki, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) daha 9 xərçəng xəstəsini və təcili əməliyyata ehtiyacı olanları Qarabağdan Ermənistandakı tibb mərkəzlərinə çatdırıb.
Daha əvvəllər müalicə üçün İrəvana göndərilən 7 nəfər isə Xankəndiyə qayıdıb.
Qeyd edilir ki, Qızıl Xaç Komitəsinin vasitəçiliyi və müşayiəti ilə 144 xəstə Ermənistana çatdırılıb.
Emin