Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 28-30 aprel tarixlərində baş tutacaq 2023-cü il "Formula 1" Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda beton bariyerlərin quraşdırılmasına başlayır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tikinti işləri ilə bağlı açıqlama yayıb.
Məlumata görə, tikinti-quraşdırma işləri bazar ertəsi, martın 3-ü gecə saatlarından başlayacaq və yarış həftəsinə qədər davam edəcək.
Qeyd edək ki, tədbir çərçivəsində tikinti-quraşdırma işləri mərhələli şəkildə həyata keçiriləcək. BŞH bu barədə ictimaiyyəti davamlı şəkildə məlumatlandıracaq.