Ermənistanın müdafiə naziri postunu tərk edəcək
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, nazir Suren Papikyanın istefası məsələsi həll olunub. Məlumata görə, onu kimin əvəzləyəcəyi müzakirələri gedir.
İddia olunur ki, baş nazir Paşinyan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanı hərbi idarənin rəisi təyin etmək niyyətindədir.
Qeyd edilir ki, 44 günlük müharibədən sonra o, Azərbaycan rəsmiləri ilə əsirlərin mübadiləsi, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı danışıqlar aparıb.