"Barselona"nın baş məşqçisi Xavi İspaniya Kral Kubokunun ilk yarımfinalında "Real"ın müdafiəçisi Daniel Karvahalla mübahisə edib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya klubunun baş məşqçisi oyunun epizodlarından birində madridlilərin müdafiəçisinə ironiya ilə “sən çox ağıllısan” deyib. Daha sonra isə hirslənərək oyunçunu təhqir edib: "Axmaq, sən nə axmaqsan".
Görüşün sonunda Xavi sarı vərəqə alıb.
Qeyd edək ki, Madriddəki "Santyaqo Bernabeu" stadionunda keçirilən görüş "Barselona"nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandalar arasında cavab oyunu aprelin 5-də Barselonadakı "Camp Nou" stadionunda keçiriləcək.