Qohumunun evindən 100 min manatlıq qızıl oğurladı - polis tutdu

09:39 - 3 Mart 2023 - HADİSƏ

Astara rayonu ərazisindəki evlərdən birindən 100 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən şəxs “isti izlərlə” müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun zərərçəkmişin qohumu, Astara rayon sakini Rövşən Cəlilov olduğu müəyyən edilib. Oğurlanan qızıl-zinət əşyaları həmin şəxsin gizlətdiyi yerdən aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Astara RPŞ-də araşdırma aparılır.

Xəbər xətti