Ağdamın Quzanlı qəsəbəsində “Mercedes-Benz” və “VAZ” markalı iki minik avtomobili toqquşub.
Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə “Mercedes-Benz” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.
Avtomobilin qalan hissəsi və digər nəqliyyat vasitəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.