Ağdamda iki avtomobil toqquşub - biri yandı

09:28 - 3 Mart 2023 - AVTO

Ağdamın Quzanlı qəsəbəsində “Mercedes-Benz” və “VAZ” markalı iki minik avtomobili toqquşub.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə “Mercedes-Benz” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi və digər nəqliyyat vasitəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti