FİFA Fransanın ən böyük stadionunu almağa hazırlaşır

07:27 - 3 Mart 2023 - İDMAN

Beynəlxalq Futbol Federasiyası (FİFA) Paris ətrafında yerləşən “Stad de Frans” stadionunun satın alınması ilə bağlı tenderdə iştirak etmək niyyətindədir.

Ucnoqta.az xəbər verir ki, bu barədə L'Equipe məlumat yayıb.

Qeyd olunur ki, tender 2024-cü ildə Fransanın paytaxtında keçiriləcək Olimpiya Oyunlarından sonra baş tutacaq. FİFA rəhbəri Canni İnfantino Fransa prezidenti Emmanuel Makronla stadionun satın alınması məsələsini müzakirə edib. Fransa Futbol Federasiyasının keçmiş prezidenti Noel Le Qrey “Stad de Frans”ın alınmasında FİFA-ya kömək edəcək.

Stade de Frans 1998-ci ildə dünya çempionatına ev sahibliyi etmək üçün açılıb. Bu arena 2024-cü il Olimpiadası üçün istifadə olunacaq.
Arenanın dəyəri 600 milyon avro olaraq qiymətləndirilir.

Futbol matçları zamanı 81 mindən çox tamaşaçı qəbul edə bilən stadion indi özəl konsorsium tərəfindən idarə olunur.

Emin

Xəbər xətti