Qəzaya uğramış neft tankerindən dənizə neft dağılıb - çimərliklər bağlanıb

22:09 - 2 Mart 2023 - HADİSƏ

Mühərrikin həddən artıq qızması nəticəsində batan MT Princess Empress gəmisinin daşıdığı mazut Filippin sahillərinə tökülüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.
Tankerin göyərtəsində 800 min litr mazut olduğu, ancaq onun bir hissəsinin dənizə axdığı qeyd edilir.

Sahil Mühafizəsinin verdiyi məlumata görə, sızma hazırda 24 kv. km su səthini əhatə edir. Eyni zamanda yerli sakinlərə balıq tutmaq qadağan edilib, çimərliklər bağlanıb.

Xəbər xətti