Pablo Pikassonun (1881-1973) qızı Maya ilə çəkdiyi kubist tablosu Londondakı "Sothebys" hərracında 18,1 milyon funta (21,6 milyon dollardan çox) satılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.
“Qayıqlı qız” 1938-ci ildə, Mayanın cəmi 2,5 yaşı olanda yazılmışdır. Hərracçılar bildiriblər ki, tablo parlaq rənglər və enerji ilə doludur və qızının rəssamın həyatına ən çətin illərdə gətirdiyi xoşbəxtliyi əks etdirir.
Rəsm ilk dəfə 1999-cu ildə hərraca çıxarılıb və italyan modelyeri və dizayneri Gianni Versacenin (1946-1997) kolleksiyasının bir hissəsi olaraq 3,7 milyon funt-sterlinqə (4,44 milyon dollar) satılıb.
Ruhəngiz