Azərbaycanda vəzifəli şəxs barəsində cinayət işi başlandı

12:40 - 2 Mart 2023 - Cəmiyyət

Zaqatala rayon İcra Hakimiyyəti başçısının Car kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin qanunsuz hərəkətləri barədə rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Ucnoqta.az-a Zaqatala Rayon Prokurorluğundan məlumat verilib.

Məhəmməd Huşanovun qeyd olunan vəzifədə işləyərkən müvafiq arayışların verilməsi üçün rüşvət alması və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Xəbər xətti