Türkiyədə dənizdə avtomobillərin olduğu bərə yanıb

12:30 - 2 Mart 2023 - AVTO

Türkiyənin Tekirdağ şəhəri yaxınlığında dənizdə avtomobilləri daşıyan bərə yanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə İHA agentliyi məlumat yayıb.

Məlumata görə, yanğın gəminin anbarında olan avtomobillərdən birində başlayıb. Bundan sonra yanğın digər avtomobillərə və bərənin özünə keçib.

Bildirilir ki, yanğının söndürülməsi zamanı 30 nəfər xəsarət alıb. Yanğınsöndürənlər yanğını söndürüblər. Bərə və çox sayda avtomobilə ciddi ziyan dəyib.

Emin

Xəbər xətti