Xəbər verdiyimiz kimi, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli dünyasını dəyişib.
Ucnoqta.az xəbər verir ki, ilahiyyatçı son vatsap statusunda Xalq şairi Ramiz Rövşənin "Mən bura özümü görməyə gəldim" şerindən bir bənd paylaşıb.
Hacı Şahinin sonuncu statusunu təqdim edirik:
"Mən bu ağlamalı, mən bu gülməli,
Dünyaya ağlayıb-gülməyə gəldim
Bir dünya tapılmaz bundan ölməli,
Mən də tamahlanıb ölməyə gəldim"
Ramiz Rövşən