Hacı Şahinin dəfn yeri bilindi

10:16 - 2 Mart 2023 - Xəbər

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənlinin dəfn yeri açıqlanıb.

“Əjdərbəy” məscidinin icma sədri, Hacı Həmdüllah Babayev Oxu.Az-a açıqlamasında bildirib ki, o, “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılacaq.

H.Babayev qeyd edib ki, dəfn mərasimi saat 15:00-da planlaşdırılır.

Xəbər xətti