TƏBİB-dən Hacı Şahinin ölümü ilə bağlı açıqlama

10:05 - 2 Mart 2023 - Xəbər

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin Həsənlinin ölümü ilə bağlı açıqlama verib.

TƏBİB-dən Ucnoqta.az-a verilən məlumata görə, 1974-cü il təvəllüdlü Hacı Şahin Həsənlinin səhhətində yaranan narahatlıqla bağlı Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 2 mart saat 05:30 radələrində çağırış daxil olub.

"Saat 05:43 radələrində təcili tibbi yardım briqadası ünvana çatıb. Ürəktutmasından həkiməqədər ölüm qeydə alınıb",- məlumatda bildirilb.

Qeyd edilib ki, ailəsinin bildirdiyinə görə, Ş.Həsənli martın 1-də özəl tibb müəssisələrdən birinə müraciət edib və müayinələrdən keçib.

Xəbər xətti