Quş qripi mövsümündə ilk dəfə olaraq Yaponiyanın hakimiyyət orqanları quş qripinin yayılması səbəbindən 15 milyondan çox toyuq məhv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bu mövsüm Yaponiyanın 20-dən çox prefekturasında 60-a yaxın quş qripi epidemiyası aşkar edilib.
Əvvəlki rekord 2020-ci ilin noyabrından 2021-ci ilin martına qədər olub, 52 epidemiya nəticəsində təxminən 10 milyon toyuq məhv edilib.
2022-ci ilin dekabrında Yaponiyanın Aiçi prefekturasının səlahiyyətliləri quş qripi epidemiyası səbəbindən təxminən 310 000 toyuq kəsmək qərarına gəliblər. Bildirilib ki, infeksiyanın yayılma mərkəzi Toyohaşi şəhərindəki quşçuluq fermasında aşkar edilib.