Peruda polis təsadüfən kuryer çantasından qədim mumiya aşkar edib.
Ucnoqta.az CNN-ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları artefaktı fevralın 26-da eyniadlı bölgənin Puno şəhərindəki parkda aşkar ediblər.
Elə yerindəcə məlum olub ki, üzərində yeməklərin çatdırılması tətbiqi loqosu olan çanta dostları ilə birlikdə parkda spirtli içki qəbul edən kişilərdən birinə məxsusdur. Qalıqların sahibi 26 yaşlı Xulio Sezar Bermejo həbs edilib. O, yerli mediaya etiraf edib ki, mumiyanı Xuanita adlandırır və onu özünün “mənəvi sevgilisi” hesab edir. Kişi onunla yaşayıb və gecələr onu yatağa aparıb.
"Mən evdə olanda o, adətən mənimlə, otağımda olur. Biz birlikdə yatırıq, mən ona qulluq edirəm" - o, qeyd edib.
Aşkar edilmiş mumiya XII-XIV əsrlərə aiddir. Qalıqları tədqiq edən arxeoloqlar, çox güman ki, "Xuanita"nın sağlığında kişi olduğunu bildirdilər. İndi mumiya Mədəniyyət Nazirliyinin yurisdiksiyasındadır, o, artefaktı Perunun mədəni sərvəti kimi qiymətləndirmişdir.
Hüquq-mühafizə orqanlarının nümayəndələri bildiriblər ki, Bermejo hadisənin baş vermə şəraiti tam aydınlaşana qədər həbsdə qalacaq.
Qeyd edək ki, Peruda çoxlu sayda Kolumbdan əvvəlki arxeoloji abidələr var.