Fransa nəhəngi PSJ-nin dünyaca məşhur ulduz futbolçusu Kilian Mbappe canlı yayımda Türkiyə Futbol Federasiyasının başlatdığı “Çiyin-çiyinə” kampaniyasına dəstək olduğunu bildirib.
Proqrama telefonla bağlanan Mbappe bunları deyib: “Bütün bu hadisələr böyük bir faciə idi, təsəvvürümüzün belə yetmədiyi bir hadisə idi. Türk xalqının yaşadıqlarını təsəvvür edə bilmirəm. Bu layihənin bir parçası olmaqdan qürur duyuram. Uşaqların arzuları mənim üçün çox önəmlidir. Onlara əlimdə olan bütün imkanlarla kömək olmaq üçün bu layihədən istifadə edəcəyəm. Türkiyə üçün hər şey çox daha yaxşı olacaq”.
24 yaşlı futbolçu canlı yayımdan sonra sosial media hesabından da müvafiq paylaşım edib.///oxu.az