Bu gün "Olimpiakos" və AEK komandaları arasında keçirilməli olan Yunanıstan Kubokunun yarımfinal mərhələsinin cavab oyunu təxirə salınıb.
"Report"un Pirey təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, buna Larisa şəhəri yaxınlığında baş vermiş qatar qəzası səbəb olub. Sərnişin və yük qatarlarının toqquşması nəticəsində 36 nəfər həlak olub, 66 nəfər isə yaralanıb.
Hələlik qarşılaşmanın yeni tarixi açıqlanmayıb. İlk matçda AEK komandası 3:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, "Olimpiakos" - AEK oyununa Azərbaycanın FIFA referisi Əliyar Ağayev təyinat alıb.