Rusiyanın zəngin iş adamlarının sərvəti 10,4 milyard dollardan çox artıb

14:25 - 1 Mart 2023 - Xəbər

Rusiyanın ən zəngin iş adamlarının sərvəti 2023-cü ilin əvvəlindən 10,4 milyard dollardan çox artıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Bloomberg"in dərc etdiyi Bloomberg Milyarderlər İndeksində məlumat verilib. 

Məlumata görə, 2023-cü ilin əvvəlindən “Lukoyl”un sabiq rəhbəri Vahid Ələkbərov (siyahıda 91-ci yerdədir) sərvətini ən yüksək dərəcədə artırıb. O, bu müddət ərzində 2,43 milyard dollar qazanaraq sərvətini 17,8 milyard dollara çatdırıb. "Severstal"ın əsas səhmdarı olan Aleksey Mordaşov (78-ci), sərvəti 1,54 milyard dollar artaraq 20,2 milyard dollara çatıb.

 NLMK Direktorlar Şurasının sədri Vladimir Lisin (76-cı yer) sərvətini 905 milyon dollar artırıb.

"Novatek"in rəhbəri Leonid Mixelson (54-cü) 516 milyon dollar qazanıb, sərvətini 25,1 milyard dollara çatdırıb.

Emin

Xəbər xətti