“Apple”ı 40 milyard dollar cərimə gözləyir

20:00 - 28 Fevral 2023 - DİGƏR

Avropa Komissiyası "Apple"ın Spotify və digər musiqi xidmətlərinin iOS proqramlarında abunəliklər üçün alternativ ödəniş üsullarının reklamını qadağan etməklə Aİ-nin antiinhisar qanununu pozduğuna qərar verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The Verge” məlumat yayıb.

Bununla əlaqədar olaraq, Aİ-də Apple korporasiyanın il üçün qlobal gəlirinin 10%-i məbləğində cərimə oluna bilər. "Apple"ın 2022-ci ildə 394,33 milyard dollar qazandığını nəzərə alsaq, cərimə 39,4 milyard dollar ola bilər.

Avropa Komissiyasının "Apple"ın musiqi xidmətləri bazarında antiinhisar qanunlarını pozması ilə bağlı araşdırması hələ 2020-ci ildə başlayıb. 

Xəbər xətti