Müştəriyə yemək gətirən kuryer 100 minlik ayaqqabıları oğurladı

19:06 - 28 Fevral 2023 - MARAQLI

Moskvada kuryer müştərilərə yemək gətirərək 100 min rubl dəyərində “Prada” markalı lüks ayaqqabıları oğurlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Baza Telegram kanalı məlumat yayıb.

Ev sahibi itkin ayaqqabılarla bağlı polisə müraciət edib. O bildirib ki, evə gəldikdən sonra qapının ağzında ayaqqabılarını çıxararaq mənzilə daxil olub. 20 dəqiqədən sonra kişi ayaqqabının yerində olmadığını aşkar edib. Müşahidə kameralarına baxış zamanı onların yoxa çıxmasında kuryerin əli olduğu məlum olub.

Kadrlardan görünür ki, kuryer müştərilərə bir paket məhsul verib, sonra dəhlizlə hərəkət edərkən qapıda qalan ayaqqabıları görüb və özü ilə aparıb.

Polis kuryeri axtarır.

Xəbər xətti