Braziliya millisinin sabiq bombardiri, “Kruzeyro” futbol klubunun sahibi Ronaldo argentinalı hücumçu Lionel Messinin xələfinin adını çəkib.
Ucnoqta.az xəbər verir ki, bu barədə RMC Sport nəşri yazıb.
“Düşünürəm ki, Kilian Mbappe artıq bir neçə ildir ki, əla, fantastik dərəcədə istedadlı oyunçudur. Mbappe Messi və Kriştiano Ronaldonun əldə etdiklərinə nail olacaq”, - braziliyalı bildirib.
O qeyd edib ki, Mbappe ilə tədbirlərdə görüşəndə yaxşı ünsiyyət qurur.