Xəstənin qarın boşluğunda tənzif unudan ginekoloqa cinayət işi açıldı

16:44 - 28 Fevral 2023 - Cəmiyyət

“Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində cərrahi əməliyyatın düzgün icra edilməməsi barədə müraciət əsasında şəhər prokurorluğuna araşdırma aparılıb.

Mingəçevir şəhər prokurorluğundan Ucnoqta.az-a verilən məlumata görə, araşdırma zamanı həmin tibb müəssisəsinin mama-ginekoloqu Leyla Cəfərova tərəfindən Aysel Qurbanovanın üzərində həyata keçirilmiş cərrahi əməliyyat zamanı qarın boşluğunda tənzif unudulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

Xəbər xətti