Binəqədidə su olmayacaq

11:36 - 28 Fevral 2023 - ÖLKƏ İÇİ

Binəqədi rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq

Ucnoqta.az xəbər verir ki, bu barədə “Azərsu” ASC-dən bildirilib.
Magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar 28 fevral 2023-cü il tarixində gün ərzində Binəqədi rayonunun bir hissəsinə (Biləcəri qəsəbəsi Yeni yaşayış massivi və Məlikaslanov küçəsinin bir hissəsinə, Rəsulzadə qəsəbəsi A. Hüseynov küçəsi və dəmiryolu ətrafı ərazilərə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Həmçinin, Masazır ərazisində suyun verilməsində məhdudiyyətlər olacaq.

Xəbər xətti