Rusiyada neft bazasında yanğın olub

09:21 - 28 Fevral 2023 - HADİSƏ

Krasnodar diyarının Tuapse şəhərində neft bazasında yanğın baş verib

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Krasndar diyarı üzrə departamenti məlumat yayıb.

Fevralın 28-nə keçən gecə başlayan yanğının sahəsi 200 kvadratmetr olub. Yanğın neft çənlərinə təsir etməyib.

Yanğının söndürülməsinə 32 xilasedici və 11 texnika cəlb olunub.

Hadisənin başvermə şəraiti araşdırılır.  Xəsarət alan olmayıb.

Xəbər xətti