Krasnodar diyarının Tuapse şəhərində neft bazasında yanğın baş verib
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Krasndar diyarı üzrə departamenti məlumat yayıb.
Fevralın 28-nə keçən gecə başlayan yanğının sahəsi 200 kvadratmetr olub. Yanğın neft çənlərinə təsir etməyib.
Yanğının söndürülməsinə 32 xilasedici və 11 texnika cəlb olunub.
Hadisənin başvermə şəraiti araşdırılır. Xəsarət alan olmayıb.