FİFA səsvermənin nəticələrini açıqlayıb - Messi 52, Mbappe ...

07:34 - 28 Fevral 2023 - İDMAN

Beynəlxalq Futbol Federasiyası (FİFA) 2022-ci ilin ən yaxşı futbolçusunun müəyyənləşdirilməsi üçün keçirilən səsvermənin nəticələrini açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, Argentina yığmasının kapitanı və "PSJ"nin hücumçusu Lionel Messi səsvermədə 52 xal toplayıb. Ona ən çox səs bütün kateqoriyalar üzrə verilib. Milli komandaların məşqçiləri argentinalıya 728, milli komandaların kapitanları 717, media 836, azarkeşlər isə 1345851 xal verib.

PSJ-nin hücumçusu Kilian Mbappe 44 xalla bütün səsvermə qruplarında ikinci olub. Məşqçilər ona 478, kapitanlar 395, media 433, azarkeşlər 391 676 xal verib.

“Real Madrid”in hücumçusu Kərim Benzema 34 xalla üçüncü olub. Milli komandaların məşqçiləri “Qızıl top”un sahibinə 230, kapitanlar 301, mətbuat nümayəndələri 304, azarkeşlər 200 009 xal verib.

Emin

Xəbər xətti