ABŞ dövlət katibi Entoni Blinken Yəmənə 444 milyon dollarlıq humanitar yardımın ayrılmasını elan edib
Ucnoqta.az xəbər verir ki, müvafiq məlumat Dövlət Departamentinin saytında yayımlanıb.
ABŞ-ın dövlət katibinin fikrincə, ABŞ səkkiz illik daxili münaqişələr müddətində 5.4 milyard dollardan çox kömək edib. Blinken qeyd edib ki, Yəməndə 21,6 milyon insanın köməyə ehtiyacı var.