Ucnoqta.az
www.ucnoqta.az

ABŞ Yəmənə 444 milyon dollarlıq humanitar yardım ayırır

01:20 - 28 Fevral 2023 tarixində dərc olunub.

ABŞ dövlət katibi Entoni Blinken Yəmənə 444 milyon dollarlıq humanitar yardımın ayrılmasını elan edib

Ucnoqta.az xəbər verir ki, müvafiq məlumat Dövlət Departamentinin saytında yayımlanıb.

ABŞ-ın dövlət katibinin fikrincə, ABŞ səkkiz illik daxili münaqişələr müddətində 5.4 milyard dollardan çox kömək edib. Blinken qeyd edib ki, Yəməndə 21,6 milyon insanın köməyə ehtiyacı var.

Müəllif: Ucnoqta.az redaksiyası