"Ona çox əsəbiləşdim. Belə olmaz."
Ucnoqta.az xəbər verir ki, Qurban Qurbanov qapıçı Luka Quqeşaşvilinin görüşdəki hərəkəti barədə danışıb. Təcrübəli baş məşqçi bildirib ki, meydanda belə hallar olur:
"Paltardəyişmə otağında da sərt danışdım. Azarkeşlər oyun ərzində qıcıqlandırırlar. Lukaya nalayiq ifadələr işlətdilər. Fanatlar da başa düşərlər. Üzrlü hesab etsinlər. Belə hallar olur. Futbol düşünülməmiş epizodların üzərində qurulub. Bir daha belə hərəkət etməz. Biz onlar üçün futbol oynayırıq".